Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev vəzifədən azad edildikdən sonra ilk dəfə ictimaiyyət önünə çıxıb.

Heftelik.az-ın məlumatına görə, Əbülfəs Qarayev bu gün  Heydər Əliyev sarayında təşkil olunan “Məhəbbət əfsanəsi” baletinin tamaşasına gəlib.

Sarayın girişində içəri girmək üçün gözləyən zaman sarayın işçilərindən biri sabiq mədəniyyət nazirinə jest edərək, inzibati qapıdan keçməsini buyurub.

Əbülfəs Qarayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və  rəssam və heykəltəraş Aydan Salahova ilə səmimi görüşüb.

Qeyd edək ki, Əbülfəs Qarayev 1994–2001-ci illərdə gənclər və idman naziri, 2001–2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə mədəniyyət naziri təyin edilib. 21 may 2020-ci ildə mədəniyyət naziri vəzifəsindən azad edilib.