Ventilyasiya və isitmə sistemləri hazırki qaydaların və qüvvədə olan AzDTN 2.12-2 “İsitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın tələblərinə uyğun olmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İstehsalat binaları işçilərin olduğu zonalarda hava mühitinin vəziyyətini bu qaydaların və sənaye müəssisələrinin layihələndirilməsi zamanı sanitar normaların tələblərinə uyğun olmasını təmin edən ventilyasiya ilə təchiz edilməlidir.