Başa çatmamış əsaslı tikinti siyahılarında konservasiya olunmuş və tikintisi müvəqqəti dayandırılmış obyektin vəziyyətini, bu obyektlərin konservasiya olunması üçün əsas amilləri və səbəbləri qismən də olsa aşkar edilməsini yoxlamaq lazımdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Tikintisi qurtarıb tam və ya qismən istismara verilmiş obyektlərin istismara verilməsinə və qəbuluna dair lazımi rəsmi sənədlər tərtib edilmədiyi hallarda ayrıca siyahı yazılır. Tikintisi qurtarmış, lakin bu və yaxud başqa səbəblərdən istismara verilməmiş obyektlərə də ayrıca siyahı tərtib edilir. Siyahılarda obyektlərin istismara verilməməsinin səbəblərinin izah edilməsini yoxlamaq lazımdır.