İnvestisiyaların inventarizasiyasına dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan investisiyaları üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

– əmlakın (qiymətlilərin) uçot kartları;

– aktivlər üzrə uçot kitabı.

Mühasibat uçotu subyekti tərəfindən investisiyaların inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:

– asılı müəssisələrə investisiyaların verilməsinə dair sənədlər;

– birgə müəssisələrə investisiyaların verilməsinə dair sənədlər.

İnvestisiyalar inventarizasiya olunarkən komissiya investisiyalar üzrə sənədlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, təyinatını, əldə edilməsi tarixini, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir.