İnventarizasiya başlananadək hansı işlərin görülməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan torpaq, tikili və avadanlıqların qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

–  əmlakın (qiymətlilərin) uçot kartları;

– aktivlər üzrə uçot kitabı;

– mühasibat uçotu subyektinin yerləşdiyi torpaq sahəsinə (sahələrinə) dair dövlət qeydiyyatı, mülkiyyət, icarəyə verilmə, istifadəyə ayrılma və texniki sənədləri;

– torpaq, tikili və avadanlıqların mühasibat uçotu subyekti tərəfindən icarəyə verilməsinə və yaxud məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.