Azərbaycanla Ermənistan arasında normallaşma prosesini başlanğıcdan dəstəklədik. Ancaq Ermənistanın bu tarixi fürsəti yetərincə dəyərləndirə bilmədiyini görürük. Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik.
Heftelik.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.
Rəcəb Tayyob Ərdoğan deyib ki, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək: “Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində atdığı addımları dəstəkləyirik”.