Adsız sənədli qiymətli kağızı (sənəd) itirmiş şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Sənəd üzrə hüquqlar, həmçinin onun lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən sənədin ödəmə qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər.