Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən bioloji aktivlər bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya zamanı öz yerlərində olmayan bioloji aktivlərin inventarizasiyası onların müvəqqəti xaricolma müddətləri bitdikdən sonra aparılır və rəsmiləşdirilir.