Bioloji aktivlərin inventarizasiyasına dair tələblər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan bioloji aktivlərin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

– əmlakın (qiymətlilərin) uçot kartları;

– aktivlər üzrə uçot kitabı;

– bioloji aktivlərin mühasibat uçotu subyekti tərəfindən icarəyə verilməsinə və yaxud məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.