İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə həmin sənədin emitentinin olduğu yerin məhkəməsinə verilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Ərizədə itirilmiş sənədin fərqləndirici əlamətləri, emitentin adı göstərilməli, habelə sənədin itirildiyi şərait şərh edilməlidir.