İnventarizasiya inventarizasiya komissiyası tərəfindən aparıldığı halda inventarizasiya siyahıları komissiyanın bütün üzvləri və maddi-məsul şəxs tərəfindən, inventarizasiya işçi qrupu tərəfindən aparıldığı halda siyahılar işçi qrupunun bütün üzvləri və maddi-məsul şəxs tərəfindən imzalanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Siyahının sonunda maddi-məsul şəxslər inventarizasiya aparan şəxslərin iştirakı ilə aktivlərin yoxlanılmasının təsdiq olunmasına, həmin şəxslərə qarşı etirazının olub-olmamasına və siyahıda göstərilən əmlakın maddi-məsuliyyətli mühafizəyə götürülməsinə dair izahat verir.