Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu Cinayət-Prosessual Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə və məhkəmə baxışı Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.