Paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınmasına dair ərizə 3 (üç) ayda bir dəfədən az olmayaraq, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan poçt göndərişlərinin içərisindəki əşyalar, mallar və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizə isə “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatoru tərəfindən məhkəməyə verilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.