Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.

Bu barədə Heftelik.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar: “Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik”.

***

saat 21.46

Sentyabrın 20-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin avtomobili Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub.

Heftelik.az-ın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, içərisində rusiyalı hərbçilərinin olduğu avtomobilin oldu silahlardan atəşə tutulması nəticəsində rusiyalı hərbçilər həlak olub.

Qeyd olunub ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün hallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.