Tikintisi dayandırılmış obyektlərə, həmçinin tikintisi həyata keçirilməmiş layihə-axtarış işlərinə siyahı tərtib edilərkən tikintinin dayandırılması səbəbləri göstərilməklə tikintinin dəyəri və yerinə yetirilmiş işlərin xarakteri haqqında məlumatlar verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Bunun üçün müvafiq texniki sənədlərdən (çertyojlar, smeta, maliyyə-smeta hesablamaları), işlərin təhvilinə dair aktlardan, tikinti obyektində yerinə yetirilmiş işlərin uçotu jurnalından və başqa sənədlərdən istifadə edilməsini yoxlamaq lazımdır.