Sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.
Bu barədə Heftelik.az-a Baş Prokurorluqdan bildirilib.