Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Heftelik.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Qeyd edilib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6421,0 milyon manat ayrılması nəzərdə tutulur. Başqa sözlə, müdafiə və milli təhlükəsizlik üzrə xərclərin xüsusi çəkisi büdcədə 17,7 faiz olacaq.
Xatırladaq ki, 2023-cü ildə müdafiə və milli təhlükəsizlik xərcləri 6 054 844 623 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il müdafiə və milli təhlükəsizlik üzrə xərclər 6 faizdən çox artırılır.