Hakim sənədin itirilməsi haqqında ərizəni qəbul etdikdən sonra, sənəd üzrə ödəniş edilməsini və ya vəsait verilməsini emitentə qadağan etmək, habelə ərizəçinin hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini emitentə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və mərkəzi depozitara göndərir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Qərardadda elanın məzmununa dair aşağıdakılar göstərilməlidir:
– sənədin itirilməsi haqqında ərizənin daxil olduğu məhkəmənin adı;
– ərizə vermiş şəxs və onun ünvanı;
– sənədin adı və fərqləndirici əlamətləri;
– itirilməsi barədə müraciət edilmiş sənədə dair elan verilən gündən 3 ay müddətində həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin sənədi saxlayana təklif edilməsi.
Qərardad çıxarmaqdan imtina etməkdən şikayət verilə bilər