Borunun açıq tərəfindən hermetikləşdiricinin sökülməsindən əvvəl işlərin yerinə yetirilməsinə cavabdeh şəxs neft kəmərindəki qazın təzyiqini yoxlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neft kəmərindəki təzyiq atmosfer təzyiqindən fərqli olduqda işlər dayandırılmalı və təzyiqi atmosfer təzyiqi səviyyəsinə çatdırmaq üçün tədbirlər görülməlidir.