Cinayət prosesində müdafiəçinin iştirakı şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçini tələb edərkən — Cinayət-Prosessual Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda (şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə), şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən — Cinayət-Prosessual Məcəllənin 92.3.2 (şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə), 92.3.4 (şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə), 92.3.5 (şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda) və 92.3.7-ci (şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə) maddələrində nəzərdə tutulmuş hallarda təmin olunur.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.