Maddi-məsul şəxs inventarizasiya gününə kimi öhdəsində olan aktivlərin mədaxil və məxaric sənədlərini mühasibatlığa təhvil verməlidir ki, mühasibatlıqda onun öhdəsində sayılan aktivlərin qalığı düzgün müəyyənləşdirilsin.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Əks halda qalığın düzgünlüyünü birgə müəyyənləşdirmək məqsədilə inventarizasiya günü mədaxil və məxaric sənədləri inventarizasiya komissiyasının sədrinə təqdim edilir.