Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində start oyununa çıxıb.

Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında “Molde” ilə qarşılaşıb.

Hər iki komanda Avropa kuboklarında mübarizəyə Çempionlar Liqasından başlayıb.

“Qarabağ” II təsnifat mərhələsində “Rakuv”a, Norveç çempionu isə “Qalatasaray”a məğlub olub.

Azərbaycan çempionu 90 dəqiqqənin tamamında rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun digər matçında Almaniyanın “Bayer” klubu İsveçin “Haken” komandasına 4:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası
Qrup mərhələsi
21 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) – 1:0
Qol: 
Leandro Andrade, 55
Baş hakim: Con Bitona (Şotlandiya)
“Qarabağ”: 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
“Molde”: 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)
Baş məşqçi: Erlinq Moe
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu