Bu son hadisə (Azərbaycanın Qarabağda antiterror tədbirləri – red. ) Paşinyanla bağlı deyil. Bunun Ermənistan dövlətinə aidiyyatı yoxdur.
Heftelik.az-ın məlumatına görə, bunu türkiyəli jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki,bu, Qarabağda talançı erməni separatçıları ilə bağlı məsələdir: “Separatçıların qondarma seçki keçirmək cəhdləri həm Ermənistanın Baş naziri, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxdı. Bu arada təbii ki, qardaşlarımızı şəhid etməkləri də hadisəni çox fərqli səviyyəyə çatdırdı. Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, öz bildiklərini etməyə davam etdilər və Azərbaycan da addım atdı, çox gec olmadan orada əməliyyatlarını başa vurdu”.
Türkiyə Prezidenti vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin erməni tərəfinin 90 mövqeyini zərərsizləşdirməsini həlledici amildir: “Milli müdafiə nazirimiz Yaşar Gülər (Azərbaycan tərəfi ilə – red.) əlaqədə oldu və bu gün mənim də qardaşım İlham Əliyevlə danışığım olub. O, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışıma görə mənə təşəkkür etdi və “Biz işi artıq bitirdik. Heç bir problem yoxdur” dedi”.