Qarabağın kimə məxsus olduğu həll olunub.
Heftelik.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Dmitri Peskov deyib ki, əsas məsələ həll olub, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb.
“İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün. Amma nəzərə alsaq ki, Qarabağın kimə məxsus olması ilə bağlı əsas məsələ həll olunub, bu, Ermənistanın Qarabağı Azərbaycana məxsus olmasını tanınması qərarı ilə həll olunub və nizamlanıb, o zaman demək olar ki, mühüm irəliləyiş təmin olunub”, – deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Peskovun onu da qeyd edib ki, bu müqavilə (sülh müqaviləsi-red) üzərində işin yekunlaşması üçün çoxlu texniki məsələlər qalıb: “Lakin bunun üçün bütün ilkin şərtlər mövcuddur və xoşməramlı iradə olsa, finişə çatmaq mümkün olacaq. Biz düşünürük ki, istənilən halda bu, Azərbaycan və Ermənistan xalqlarının, Qarabağda yaşayan və yaşayacaq ermənilərin maraqlarına uyğun olacaq”.
Kremlin sözçüsü bu gün Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin baş tutan görüşündən də danışıb: “Qarabağ ermənilərinin qanuni maraqları və təhlükəsizliyi təmin olunmalıdır. Bu cür anlayış Azərbaycan tərəfində var. Görürsünüz ki, Azərbaycan tərəfi özü bu görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi və bu görüşü təşkil edib. Ona görə də indi ümid var ki, bu danışıqlar nəticə verəcək”.