Qeyri-maddi aktivlərin inventarizasiyasına dair tələblər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan qeyri-maddi aktivlərin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
– əmlakın (qiymətlilərin) uçot kartları;
– aktivlər üzrə uçot kitabı;
– qeyri-maddi aktivlərin inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:
– qeyri-madddi aktivlər;
– qeyri-madddi aktivlərin amortizasiyası;
– qeyri-maddi aktivlər üzrə məsrəflərin kapitallaşdırılması.