Aktivlərin faktiki qalığının yoxlanılması zamanı maddi-məsul şəxslərin dəyişməsi hallarında aktivləri qəbul edən şəxs siyahıda aktivlərin almasına dair, təhvil verən şəxs isə verməsinə dair imza edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Şəxsi və ya məsuliyyətli mühafizəyə götürülən, icarəyə və istifadəyə, yuyulmağa və təkrar emala qəbul edilən əmlaka ayrıca siyahı tərtib edilir.