Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizənin məzmunu məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizədə vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməli və ərizəyə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış rəyi və bununla əlaqədar toplanmış sənədlər əlavə edilməlidir.