Müdafiəçinin müdafiə etdiyi şəxsin tapşırığı ilə onun adından şübhəli və ya təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışdırılmasında çıxış etmək, cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək hüququ var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.