Maddi-məsul şəxs öhdəsində olan aktivlərdən kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün verdikdə və ya kənardan borc, yaxud başqa qaydada saxlanmaq üçün əmlak aldıqda, eyni zamanda inventarizasiya yerində onun özünəməxsus əmlakı olduqda onları aydın şəkildə inventarizasiya komissiyasına verdiyi izahatda göstərməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Eyni belə bir izahatı aktivin alınması üçün təhtəl-hesab məbləğ və ya vəkalətnamə almış şəxslər də verir.