İnventarizasiyanın müddəti uzandığı hallarda işin sonunda komissiya aktivlərin yerləşdiyi otağın qapısını qıfıllayıb surqucla möhürləməli, yaxud digər nişanələrlə qapının komissiyasız açılmasına mane olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya komissiyasının etdiyi fasilə zamanı (nahar fasiləsi, gecə vaxtı, başqa səbəblərə görə) siyahılar inventarizasiya aparılan ağzı bağlı otaqda yeşikdə (şkafda, seyfdə) saxlanılmalı, göstərilən nişanələrlə mühafizəsi möhkəmləndirilməlidir.