Cinayət prosesində müdafiəçinin iştirakı şəxsdə xəstəlik və ya anlaqsızlıq aşkar edilərkən — Cinayət-Prosessual Məcəllənin 92.3.3 (cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə) və 92.3.12-ci (cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə) maddələrində nəzərdə tutulmuş hallarda, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılarkən — Cinayət-Prosessual Məcəllənin 92.3.6 (təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda) və 92.3.10-cu (cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə) maddələrində nəzərdə tutulmuş hallarda və şübhəli və ya təqsirləndirilən şəxsin xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — Cinayət-Prosessual Məcəllənin 92.3.8-ci (şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə) maddəsində nəzərdə tutulmuş halda təmin edilir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.