Məhkəmə şəxslərin qohumluq münasibətlərinin, şəxsin öhdədə olması faktının, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının və ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.