Hermetikləşdiricinin qarşısındakı neftin səviyyəsinə, boru kəmərlərində qazın izafi təzyiqinə və ya vakuuma nəzarət hermetikləşdiriciyə qədər 30 metrdən az olmayan məsafədə, boru kəmərinin yuxarı səthində diametri 8-12 mm olan açılmış dəliklərdən aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Onlara 30 m məsafədən nəzarət etmək mümkün olmadığı halda (texnoloji boru kəmərlərində, bağlayıcı armaturlar mövcud olduqda və s.), mümkün qədər uzaq məsafədə şlanq quraşdırmaqla dəliklər açılmalı və şlanqın bir ucu 30 metrdən az olmayan məsafəyə çəkilməlidir. Şlanqın kəmərə birləşdirildiyi yer hermetikləşdirilməlidir.