Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazilər və müharibə iştirakçılarının, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda “Şəhid Analarına Dəstə” İctimai Birliyin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova layihələrinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin keçirilməsinə böyük dəstək göstərdiyinə görə Qəbələ Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirmişdir.