Qənirə Paşayeva komaya düşdü

24 Sentyabr 2023, 11:52

 

Milli Məclisin Mədəniyyət komitəsinin sıdri Qənirə Paşayeva komaya düşüb.

Heftelik.az-ın məlumatına görə, deputat Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.