Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən torpaq, tikili və avadanlıqlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə uçot kitablarına daxil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Məsələn, torpaq sahələri üzrə – mülkiyyətçisi, məqsədli təyinatı və hüquqi rejimi (kateqoriyası), yüklülüyü, tikinti, qurğu, yollar və ya çoxillik əkmələr altında olması; binalar üzrə — təyinatı, əsas tikinti materialı, daxili və ya xarici həcmi, sahəsi (o cümlədən ümumi yararlı sahəsi), mərtəbələrin sayı (o cümlədən zirzəmili və ya yarımzirzəmili), inşa edildiyi il və digər texniki göstəricilər; kanallar üzrə — uzunluğu, dərinliyi və eni (dibi, səthi), qeyri-təbii tikililər, dibi və yanların bərkidilməsi materialları; körpülər üzrə — olduqları yer, materialların növü və ölçüsü; yollar üzrə — onların təyinatı, tipi (şosse və digər texniki göstəricilər) uzunluğu, örtük materialı, döşəmənin eni və digər texniki göstəricilər.