Mühasibat uçotu subyekti tərəfindən ehtiyatların inventarizasiyası zamanı prosedur məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Mühasibat uçotu subyekti tərəfindən ehtiyatların inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
– material ehtiyatlarının;
– məsrəflərin;
– tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin;
– hazır məhsulun;
– malların;
– satış məqsədi ilə saxlanılan digər aktivlərin;
– digər ehtiyatların.
Ehtiyatların inventarizasiyası onların yerləşdiyi otaqlarda aparılır.