İnventarizasiya aparılan zaman inventarizasiya komissiyasının, yaxud işçi qrupunun bütün üzvləri iştirak etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Aktivlərin və öhdəliklərin faktiki mövcudluğunun müvafiq mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinə dair iki nüsxədən az olmamaqla inventarizasiya siyahısı tərtib edilir.