İstehsalat otaqları havanın dəyişilməsi (sirkulyasiyası) üçün müvafiq şəkildə təchiz olunmalı və qurulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İstehsalat otaqları və iş yerləri təmiz saxlanılmalıdır. Döşəmə rahat təmizlənməli və təmiri təmin etmək üçün düz olmalıdır. Döşəmədən və novlardan nefti və çirki yumaq üçün istehsalat sahələrində su kranları olmalıdır. Su kranı (kəməri) olmadıqda otağın yığışdırılması quru üsulla aparılmalıdır (əski, silgi materialları və s. ilə).