Oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması məcburidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Eyni zamanda yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə, mühasibat uçotu subyektinin aktivləri və öhdəlikləri yenidən qiymətləndirildikdə, məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi olduqda aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması məcburidir.