Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti pisləşib.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, həkimlər onu süni tənəffüs aparatından ayırmaq qərarı veriblər.
Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 23-də ağrıkəsici dərman qəbul etdikdən sonra komaya düşüb və Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.