Beş gün keçməsinə baxmayaraq, artıq Azərbaycandan onun Qarabağa bölgəsinə, orada yaşayan erməni əhalisinə insani, humanitar yardımlar göndərilməyə başlamışdır: yanacaq, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər insani yardımlar edilir və bu bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.

Heftelik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

 

“Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bu gün ikinci görüş keçirilir. Onun nəticələri haqqında mənə hələ ki məlumat verilməyib. Ancaq Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi əminəm ki, uğurla gedəcək”, – Prezident qeyd edib.