Mühasibat uçotu subyektinin rəhbəri əmrlə daim fəaliyyətdə olan inventarizasiya komissiyasına yararsız hala düşmüş əmlakın ləğv edilməsi üçün yaradılacaq daimi fəaliyyətdə olan ləğvetmə komissiyasının səlahiyyətlərini həvalə etmək hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Yararsız hala düşmüş aktivlərin qanunvericiliyə uyğun balansdan silinməsi inventarizasiya başa çatdıqdan sonra həyata keçirilir.