Avtomatlaşdırılmış idarəetmə olmadıqda, ventilyasiya sistemi daimi işləməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Avtomatik qazanalizatorlar ilə təchiz edilmiş ventilyasiya sistemləri qurulmuş sahələrdə, buxar və qazların qatılığının yol verilə bilən həddinin ötməsini və ya aşağı partlayış həddinin 20%-ə çatmasını xəbərdar edən işıq və səs siqnalizasiyası olmalıdır.