Obyektin ərazisində (sahədə, sexdə) işləyənlərin içməli su ilə təmin edilməsi üçün su avtomatları, bağlı su çəlləkləri və digər içməli su qurğuları olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İçməli su qurğuları istehsalat otaqlarının keçidlərində, istirahət yerlərində və binadan kənarda yerləşən texnoloji qurğuların yanında quraşdırılmalıdır.