İnventarizasiya komissiyası müəyyən olunmuş qaydada yaranmış ehtiyatların hesabat ilinin axırına ehtimal olunan bu və ya digər məsrəflərin və itkilərin bağlanmasına yönəldilən hesabat sənədlərinin düzgünlüyünü və əsaslılğını yoxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Eyni zamanda istehsalatda olan artıq məhsulun (hissə, aqreqat, qovşaq və sair) və hazırlanması (yığılması) qurtarmamış məmulatların faktiki mövcudluğunu, faktiki komplektləşdirilməsi başa çatmamış istehsalın (artıq məhsulun) mövcudluğunu, ləğv olunmuş sifarişlər, həmçinin icrası dayandırılmış sifarişlər üzrə başa çatmamış istehsalın qalığını yoxlayırlar.