İnventarizasiya komissiyası aktivlərin və öhdəliklərin faktiki qalıqları haqqında məlumatların siyahıda ətraflı və düzgün yazılmasını, inventarizasiya materiallarının vaxtında və düzgün rəsmiləşdirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya zamanı aktivin mövcud qalıqları məcburi qaydada sayılmaq, çəkilmək, baxış keçirilmək və ölçülmək yolu ilə müəyyən edilir.