Boru kəmərinin hermetikləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi tapşırıq-icazə vərəqəsi və işlərin yerinə yetirilmə planına əsasən həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşlərin yerinə yetirilmə planında və tapşırıq-icazə vərəqəsində boru kəmərinin hər bir sahəsinin hermetikləşdirilməsi üçün bağlanma üsulu, istifadə edilən hermetikləşdiricinin növü göstərilməlidir.