İnventarizasiya komissiyası istismara yaramayan, təmir və bərpa olunmağa lüzumu olmayan aktivlərə görə, onların istismara verilməsi tarixi və yararsız hala düşməsi səbəbləri (xarabolma, tam köhnəlmə hesablanması) göstərilməklə, ayrıca siyahı tərtib edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Siyahıda taralar növləri, məqsədli təyinatı və istismar vəziyyətinin keyfiyyəti (təzə olması, keçmişdə istifadə olunması, təmir tələb etməsi) üzrə göstərilir.