Məşhur türkiyəli aktrisa Seda Fettahoğlu İstanbulda parkda ölü tapılıb.
Heftelik.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Son olaraq “Çocuklar Duymasın” teleserialında rol alan İstanbul Şəhər Teatrlarının aktrisası Seda Fettahoğlunun intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, Seda Fəttahoğlu “Kanlı Nigar”, “Çalıkuşu”, ‘Çocuklar Duymasın” kimi seriallarda rol alıb. 44 yaşlı sənətçi 1979-cu ildə Trabzonda anadan olub.